HƏMAS-ın azad etdiyi girovların sağlamlıqları risk altındadır.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrailin Girovlar və itkin düşmüşlərin ailələri forumunun tibbi qrupunun rəhbəri Haqay Levin deyib.
O bildirib ki, azad edilmiş girovların çoxunun səhhətində ciddi problemlər var. Onun sözlərinə görə, sözügedən şəxslərin D vitamini çatışmazlığı da var:
“Ən ciddi problemlərdən biri girovların onlara yazılmış dərmanları qəbul etməməsidir. Digər məsələ isə, günəş şüası ilə heç bir təmas olmayıb, bu da D vitamini çatışmazlığından əziyyət çəkmək deməkdir”.