Əməkdar artist Tünzalə Ağayeva həmkarlarını tənqid edib. “Qafqazinfo” xəbər verir ki, bəstəkar-müğənni “X maqazin”ə açıqlamasında sənətçilərin bir-birinə dəstək olmadığını açıqlayıb:
“Mədəniyyəti bir insan deyil, dəyərli sənətkarlar yaşadır. Bir-birimizin konsertinə getmiriksə, dəstək olmuruqsa, hansı mədəniyyətdən, birlikdən, cəmiyyətdən, töhfədən danışırıq?”.
Bundan əlavə, Tünzalə özfəaliyyətlə məşğul olanların efirdə çıxışına qarşı olduğunu söyləyib:
“Hər şey pulla ölçülmür. Özfəaliyyətdə yaşayan, danışığından, özündən xəbəri olmayan insan cibində pulla efirə gəlib, kefi nə istəyirsə, edir. Azadlıq anarxiya demək deyil”.
Son xəbərlər
Son Xəbərlər