Qapıçı qol vurdu, tribunaya qaçıb anasını qucaqladı - Video

qapici-qol-vurdu-tribunaya-qacib-anasini-qucaqladi
Oxunma sayı: 1079

Rusiyanın 2-ci liqasında keçirilən “Veles” – “Maşuk KMV” matçında (2:0) meydan sahiblərinin qapıçısı Rəsul Mitsaev qol vurub.

“Qafqazinfo” xəbər verir ki, o, 76-cı dəqiqəsində topu öz qapısından digər qapıya göndərib. 

Daha sonra R.Mitsaev qol sevincini tribunada oturan anası ilə qeyd edib. O, anasını qucaqlayaraq sevinib.