AZAL bir sıra şəhərlərə uçuşları müvəqqəti dayandırır

azal-bir-sira-seherlere-ucuslari-muveqqeti-dayandirir
Oxunma sayı: 1669

“Azərbaycan Hava Yolları” QSC (AZAL) fevral ayından etibarən bir neçə istiqamət üzrə uçuşları müvəqqəti dayandırır.

Qurumdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, buna səbəb tələbatın aşağı olmasıdır. Belə ki, hər ilin fevral ayında Nyu- York, Paris, Berlin, Milan da daxil olmaqla bir sıra beynəlxalq istiqamətlər üzrə reyslər olmur.

Uçuşlarda fasilə, həmçinin aviaşirkətə hava gəmiləri donanmasının əsaslı təmirini həyata keçirməyə imkan verir.

Qeyd edək ki, analoji vəziyyət Pekin üçün də nəzərdə tutulub.

Günel Hacı