“Azarkeş dedi ki, dostun Kamrana qol vurmaq istəyirsən?” - Ruslan Əmricanov - Video

azarkes-dedi-ki-dostun-kamrana-qol-vurmaq-isteyirsen
Oxunma sayı: 2696

Azərbaycan millisinin sabiq üzvü Ruslan Əmircanov yutubda yayımlanan “Tura Baxış” verilişinin qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, karyerasını bitirmiş futbolçu oynadığı vaxtlarda “Xəzər Lənkəran” səfərində başına gələn maraqlı hadisəni danışıb:

“Neftçi”nin heyətində olarkən Lənkəran səfərinə getdik. Matçın gedişində azarkeşlərdən biri tribunadan məni çağırmağa başladı. Düşündüm ki, yəqin tanış kimsədir, bir salam verim, o da sevinsin. Tribunaya tərəf dönəndə həmin azarkeş məni söyməyə başladı. Dedi ki, “Ruslan, dostun Kamrana qol vurmaq istəyirsən?”