Azarkeşlər qalmaqallı oyundan sonra “Fənərbaxça”nı coşqu ilə qarşıladı - Fotolar

azarkesler-qalmaqalli-oyundan-sonra-fenerbaxcani-cosqu-ile-qarsiladi
Oxunma sayı: 1355

“Trabzonspor”la keçirilən qalmaqallı oyundan sonra İstanbula qayıdan “Fənərbaxça” nı azarkeşlər coşqu ilə qarşılayıb.

“Qafqazinfo” xəbər verir ki, tərəfdarlar kluba dəstək olublar.

Belə ki, onlar futbolçulara xüsusilə də, Osayi Samuelə hava limanında marşlar oxuyublar.

Komandanın kapitanı Mert Hakan Yandaş azarkeşlərə təşəkkür edib.

Qeyd edək ki, ötən gün Türkiyə Super Liqasının 30-cu turunda keçirilən “Trabzonspor” – “Fənərbaxça” (3:1) oyununda meydan sahibinin azarkeşləri rəqib futbolçulara hücum çəkiblər.