Azay Quliyev ATƏT-in rəhbər orqanlarına seçildi

azay-quliyev-atet-in-rehber-orqanlarina-secildi
Oxunma sayı: 757


Azərbaycanlı millət vəkilinin rəqibi Vahid Rusiya Partiyasının  üzvü, Rusiya Federasiya Şurasının  ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, general Vladimir  Kulakov olub. 

Gizli səsvermə nəticəsində Azay Quliyev rəqibindən çox səs toplayaraq ATƏT Parlament Assambleyasının Büro üzvü və Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin (1-ci komitənin) sədr müavini seçilib.

Bununla da Azərbaycan bu quruma üzv olandan bəri ilk dəfə olaraq ATƏT PA-nın rəhbər orqanlarında təmsilçilik hüququ əldə edib.