Azər ata-anasının üstünə beton tökübmüş - Azərbaycanda dəhşət

azer-ata-anasinin-ustune-beton-tokubmus
Oxunma sayı: 895

Masallıda dəhşətli qətl hadisəsi baş verib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, rayonun Miyankü kənd sakini Ağayev Azər atası Ağayev Etibar Qiyas oğlu və anası Ağayeva Rəfiqə Qurban qızını qətlə yetirib.
 
İlkin məlumata görə, valideynlərini öldürən E.Ağayev onların meyitlərini tövlədə gizlədib.
 
Hadisənin təfərrüatı müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azər Ağayev 5 gün imiş ki, valideynlərinin meyitini gizlədirmiş. O, tövlədə basdırdığı cəsədlərin üzərinə hətta beton da töküb. Buna görə də hüquq-mühafizə orqanları hələ ki, gizlədilən meyitləri aşkar edə bilməyiblər. Hazırda bununla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir. 

O da məlum olub ki, Azər Ağayevlə yanaşı onun həyat yoldaşı da saxlanılıb.