Azər illər sonra Vüsalədən yazdı

azer-iller-sonra-vusaleden-yazdi
Oxunma sayı: 9160

Azərbaycanın tanınmış aparıcısı Azər Zahid instaqramda keçmiş xanımı Vüsalə Əlizadə haqqında paylaşım edib. 

“Qafqazinfo” xəbər verir ki, 5 il bundan əvvəl boşanan və münasibətlərinə birdəfəlik son qoyan cütlük arasında gərginlik bitib.  Belə ki, Azər şəxsi səhifəsində həmkarının ünvanına xoş sözlər yazıb:

“Əvvəlcədən xəbərdarlıq edim, bu şəkli paylaşıram, boş fikirlər yazmayın- kim kiminsə üçün darıxır, ay nə bilim sevir, peşmandı! Sadəcə hörmət edin fikirlərinizə! İnternetdə min ədəd belə şəkillər var! Sadəcə arxivdən tapdim, paylaşdım. Hə, bir də övladımın anasıdır, yazılara diqqət edin, fotoya hörmətlə yanaşın! “Like”lərə görə təşəkkür edirəm. Bəyənin ki, bəyəniləsiniz. Vüsalə Əlizadə, gör hansı şəkli tapmışam?”

Xatırladaq ki, cütlük 2013-cü ildə qalmaqallı bir şəkildə ayrılıb. Onların bu nikahdan Dilək adlı qızı var.  Azər 2016-cı ildə ikinci dəfə ailə qurub.