Azər Məmmədovun növbəti vətəndaş qəbulu keçiriləcək

azer-memmedovun-novbeti-vetendas-qebulu-kecirilecek
Oxunma sayı: 362

“Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Azər Məmmədovun növbəti vətəndaş qəbulu keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, qəbul 11 dekabr saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq.

Görüş zamanı Naftalan şəhərindən, Goranboy və Xocalı rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırılır ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin xidmət sahələrinə aid olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Gəncə Regional Qaz İstismarı İdarəsinə (tel: 055-224-90-66; 050-845-77-79) müraciət edə bilərlər.