Azərbaycan 1/4 finalda - Fotolar + Yenilənib

azerbaycan-14-finalda
Oxunma sayı: 5910

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının qrup mərhələsində son oyununu keçirəcək. “Qafqazinfo” xəbər verir ki, yığmamız Almaniya ilə qarşılaşacaq. 

Komandamız bu görüşdə 1 hissədə qalib gələcəyi halda birbaşa ¼ finala qatılacaq.

Avro-2017
Qrup mərhələsi
25 sentyabr
A qrupu
III tur
 
18:00. Almaniya – Azərbaycan
Hakimlər: Stefan Takayçvili (Gürcüstan), Vladimir Oleynik (Rusiya)

***

Matça millimiz yaxşı başlasa da, setin ortalarında alman voleybolçular 3 xal önə keçiblər. Bu fərq setin sonlarında daha da artıb və Almaniya komandası ilk hissəni 25:19 qazanıb.

Qeyd edək ki, bu, millimizin Avro-2017-də məğlub olduğu ilk setdir. Komandamız bundan öncəki 2 oyunu da 3-0 qazanmışdı.

***

İkinci hissədə müdafiədə və bloklarda daha inamlı oynayan millimiz, hücumlarda da daha dəqiq oynayaraq üstünlük qurublar. Komandamız ilk setin əvəzini çıxaraq 19:25 hesabı ilə qalib gəlib. Hazırda ümumi hesab 1-1-dir.

***

Voleybolçularımız 3-cü setdə üstünlüyünü biraz da möhkəmləndiriblər. Rəqibi bütün komponentlərdə üstələyən komandamız ikinci seti 18:25 qalib başa vurub.

Beləliklə, ümumi hesabda önə keçən Azərbaycan millisinin xal qazanacağı və qrup lideri olacağı dəqiqləşib. Bununla da komandamız Avro-2017-də 1/4 finala vəsiqəni təmin edib.

***

Milli komandamız üstün oyununu 3-cü setdə də davam etdirib. Seti 18:25 öndə bitirən voleybolçularımız, matçdan da 1-3 hesabı ilə qalib ayrılıblar.

Beləliklə, komandamız qrup mərhələsini 3 qələbə ilə başa vurub.