“Azərbaycan bizim üçün eşqdir, sevdadır...” – - Davudoğlu

azerbaycan-bizim-ucun-esqdir-sevdadir-
Oxunma sayı: 2467


“Biz hər zaman Azərbaycanı öz vətənimiz olaraq bildik. Azərbaycan bizim üçün eşqdir, sevdadır və bu mənəvi bağı irəli daşımaq mənim boynumun borcudur”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Türkiyə baş naziri Əhməd Davudoğlu prezident İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib: “Əgər regiona, dünyaya nəzər salsaq, əgər iki uğur hekayəsi anlatmaq lazım gələrsə Türkiyə və Azərbaycan əsl uğur hekayəsidir. Çiyin-çiyinə addımlayan iki qardaşın uğur hekəyəsi. Əgər Azərbaycan belə qüdrətli dövlət olmasaydı, “bir millət, iki dövlət” sadəcə sözdə qalardı. Əl-ələ verərəkən qazanan təkcə bir olmuruq. Ermənistan bu siyasətini davam etdirərsə bütün layihələrdən kənar qalacaq. Azərbaycanın ürəyinə düşəcək ən kiçik alov Türkiyənin də ürəyinə düşəcək. Azərbaycan ərazi bütövlüyünə hörmət edilərsə, digər ölkələr kimi Ermənistan da bundan qazana bilər. Azərbaycan torpaqlarının hər bir santimetri azad olunana qədər Türkiyə apardığı mübarizələrdə onun yanında olacaq. Beynəlxalq hüquq lazım olan addımları atana qədər Türkiyə ilə Azərbaycan çiyin-çiyinə bölgəni sülh regionuna çevirmək üçün mübarizə aparacaq və Azəbaycana qarşı yönələcək hər hansı mənfi münasibət bu ölkədə olduğu kimi Türkiyədə də eyni reaksiyaya səbəb olacaq”. 

Sonda Davudoğlu qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirib: “Mən birinci evim olan Bakıda olmağımdan qürur duyuram”.