Azərbaycan nefti 55,83 dollardan satılır

azerbaycan-nefti-5583-dollardan-satilir
Oxunma sayı: 645

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,42 dollar azalaraq, 55,46 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,39 dollar ucuzlaşaraq, 52,38 dollar olub.

Azərbaycan neftinin qiymətində də ucuzlaşma müşahidə edilib. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,22 dollar ucuzlaşaraq, 55,83 dollar təşkil edib.