Azərbaycan nefti yenə bahalaşdı - 59 dollara çatır

azerbaycan-nefti-yene-bahalasdi
Oxunma sayı: 917

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

"Qafqazinfo" AzerTac-a istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,14 dollar ucuzlaşaraq 49,75 dollar, Londonun ICE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,344 dollar azalaraq 55,28 dollar təşkil edib. WTI  markalı neftin oktyabr fyuçersi isə 0,3 dollar azalaraq barelli 49,74 dollardan satılıb. 

 “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,92 dollar bahalaşaraq 58,55 dollar olub.