Azərbaycan “Su-25” və PUA-nın tətbiqi ilə yüksək vəzifəliləri məhv etdi - Video

azerbaycan-su-25-ve-pua-nin-tetbiqi-ile-yuksek-vezifelileri-mehv-etdi
Oxunma sayı: 23753

Noyabrın 8-i saat 14:00 radələrində cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilib.

Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin “Su-25” həmlə təyyarəsi və PUA-nın tətbiqi ilə endirilən aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları dağıdılıb, yüksək vəzifəli şəxsləri məhv edilib.