Azərbaycan XİN başsağlığı verdi

azerbaycan-xin-bassagligi-verdi
Oxunma sayı: 2156

“Moskvada “Krokus Siti” konsert kompleksinə edilən dəhşətli hücumu qətiyyətlə pisləyirik”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” hesabında paylaşım edib.

“Günahsız qurbanların ailələrinə, eləcə də Rusiya Federasiyası xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik.

Azərbaycan terrorun qurbanı olan ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir”, - məlumatda vurğulanıb.