Azərbaycan yığmasında növbəti itki

azerbaycan-yigmasinda-novbeti-itki
Oxunma sayı: 1186

Azərbaycan milli komandasının üzvü Maksim Medvedev zədəli olduğu üçün Avro-2020-nin seçmə mərhələsində noyabrın 19-da Trnava şəhərində keçiriləcək Slovakiya – Azərbaycan oyununa yollanacaq heyətdən çıxarılıb.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı AFFA məlumat yayıb. 

Qeyd edək ki, Almaniyanın “Proyssen” klubunun üzvü Rüfət Dadaşov noyabrın 14-də keçirilmiş məşqdə zədələndiyi üçün millinin heyətindən çıxarılıb.