Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Şakir Eminbəyli məlumat yayıb.
Jurnalist qeyd edib ki, hadisə bir neçə saat əvvəl baş verib:
““Silk Way” şirkətinə məxsus АН-12 yük təyyarəsi mühərriklərin sıradan çıxması səbəbilə Kabildə havaya qalxarkən qəzaya düşüb. Ekipaj üzvlərindən 2 nəfər (ukraynalı) ağır vəziyyətdədirlər, digər üzvlər isə vəfat edib”.
***
İlkin məlumata görə, təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.
Son xəbərlər
Son Xəbərlər