Azərbaycanda 22 yaşlı hamilə qadın özünü asdı

azerbaycanda-22-yasli-hamile-qadin-ozunu-asdi
Oxunma sayı: 6105

Ağdamda 22 yaşlı qadın intihar edib.

"Qafqazinfo" report-a istinadən xəbər verir ki, hadisə rayonun Baharlə qəsəbəsindəki ev 215-də qeydə alınıb.

Belə ki, əslən Laçın rayonundan olan Günay Abbasəli qızı Məmmədova özünü yaşadığı evin həyətindəki tövlədə asıb.

G.Məmmədovanın 4 və 1.6 yaşlarında iki qız övladı var idi. Onun hamilə olduğu bildirilir.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.