Azərbaycanda dəhşətli qəza - 5 yaşlı uşaq yanaraq öldü

azerbaycanda-dehsetli-qeza-
Oxunma sayı: 6045

Beyləqan rayonunda dəhşətli yol qəzası baş verib.

Qafqazinfo”nun Lent.az-a istinadən mlumatına görə, gecə saatlarında rayonun Birinci Aşıqlı kənd sakini, 1971-ci il təvəllüdlü Yaşar Novruzovun idarə etdiyi 11 BG 172 dövlət qeydiyyat nişanlı "Mercedes" Dünyamalılar kəndində körpünün üstündə yoldan çıxaraq sağdakı qaz borusuna çırpılıb. Qəzadan sonra borunun partlaması ilə yanğın başlayıb. Sürücü və digər sərnişinlər maşından düşərək xilas ola bilsələr də, avtomobildə olan 2011-ci il təvəllüdlü Novruzov Zaur Nurlan oğlu aldığı xəsarətlərdən vəfat edib.

Qəzada ölən 5 yaşlı uşaq sürücünün qardaşı nəvəsi olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.