“Azərbaycanda distant təhsilə ehtiyac var”

azerbaycanda-distant-tehsile-ehtiyac-var
Oxunma sayı: 2169

“Distant təhsillə bağlı müzakirələr aparmalıyıq. Koronovirus təhlükəsində göründü ki, Azərbaycanda distant təhsilə ehtiyac var”.

“Qafqazinfo” xəbər verir ki, bu təklifi deputat Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında səsləndirib. O bildirib ki, koronavirus epidemiyasından sonra bir çox yerlərdə distant təhsilə keçildi: “ Düzdür, bizdə elektron təhsil var. Ancaq distant təhsil yoxdur. Yalnız İqtisadiyyat Universieteti belə bir təkliflə çıxış etdi. Bildirildi ki, 20 min tələbəyə distant təhsil verə bilər. Ancaq başqa universitetlər bu barədə çıxış etmədilər”. 

Deputat həmçinin çıxışında koronavirusla bağlı həkim və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini də təklif edib. 

Günel Türksoy