Azərbaycanda hərbi helikopter qəzaya uğradı - 14 şəhidimiz var

azerbaycanda-herbi-helikopter-qezaya-ugradi
Oxunma sayı: 19718

Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

"Qafqazinfo" xəbər verir ki, bu haqda Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb. 

Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var. 

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir.

***

İlkin məlumata görə, qəzada 14 nəfərin həlak olduğu bildirilir. Rəsmi məlumat yayılmasa da, sosial şəbəkələrdə və qonşu ölkələrin mediasında bu barədə informasiya yer alıb. 

***

“Qafqazinfo” Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçuların siyahısını təqdim edir:

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

2. polkovnik Nəzirov Emil Nəzir oğlu;  

3. mayor Həsənov Elmir Mircəlil oğlu; 
4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu; 
5. mayor Mayılov Emil Şahid oğlu; 
6. mayor Məmmədov Murad Yaşar oğlu; 
7. mayor Əliyev Emil Elman oğlu; 
8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu; 
9. kapitan Bayramlı Cavid Əhliman oğlu; 
10. kapitan Əliyev Xəyyam  Əlixan oğlu; 
11. kapitan Qaraisayev Teymur  Ənvər oğlu; 
12. leytenant  Süleymanov Abdulla Telman oğlu; 
13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
14. işçi Nəbiyev Elçin Fikrət oğlu.

Həmçinin oxuyun: “Ömrümün sonunadək Prezidentimizin quluyam”

Azərbaycanda 67 nazir müavinindən 6-sı qadındır... - Onlar kimlərdir?

Şəhid Daşqının “Qarabağ alınsın, səni özüm alacam” dediyi Nigar... - Video