Ötən gün Azərbaycanda başlayan Özbəkistan Mədəniyyəti Günləri davam edir.
“Qafqazinfo” xəbər verir ki, Mədəniyyət Günləri çərçivəsində bu gün Heydər Əliyev Sarayında Özbəkistanın məşhur “Navruz” rəqs ansamblının konsert proqramı keçirilib.
Proqramda özbək xalqının zəngin folklorunu və musiqi ənənələrini əks etdirən rəqslər tamaşaçılara təqdim olunub.
Xatırladaq ki, 14-20 dekabr tarixlərini əhatə edən Özbəkistan Mədəniyyəti Günləri Azərbaycan və Özbəkistan arasında mövcud olan qardaşlıq münasibətlərinin, ortaq türk mədəni irsinin və mədəni əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
Qeyd edək ki, Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış mərasimi qardaş ölkə tərəfindən 2023-cü ildə Füzuli şəhərində tikilib istifadəyə verilən Mirzə Uluqbəy adına tam orta məktəbdə keçiriləcək.
Eyni zamanda Bakıda Özbəkistan nümayəndə heyətinin üzvləri üçün mədəni proqram da təşkil olunacaq.
Məlumat üçün əlavə edək ki, 2023-cü ildə Bakıda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri keçirilib.
Lamiyə Məmmədova




Son xəbərlər
Son Xəbərlər