ABŞ Dövlət Departamenti ölkənin 250 illik yubileyi münasibətilə məhdud sayda xüsusi dizaynlı pasportların hazırlanacağını təsdiqləyib. Yeni pasportlarda Prezident Donald Trampın şəkli yer alacaq.
“Qafqazinfo” xəbə verir ki, bunu Dövlət Departamentinin sözçüsü Tommi Piqott açıqlayıb.
Bildirilib ki, layihə ABŞ-nin yaranmasının 250 illiyini qeyd etmək məqsədi daşıyır və iyul ayında həyata keçirilməsi planlaşdırılır.
Qeyd edilir ki, xüsusi pasportların sayı təxminən 25 min nüsxə ilə məhdudlaşdırılacaq. Dizaynda Trampın portretinin pasportun daxili səhifəsində yer alacağı qeyd olunur.
“ABŞ-nin 250 illiyi şərəfinə bu tarixi hadisəni qeyd etmək üçün məhdud sayda xüsusi pasportlar hazırlanır”, - Piqott vurğulayıb.
Məlumata görə, bu layihə həyata keçirilərsə, ABŞ tarixində ilk dəfə olaraq fəaliyyətdə olan bir prezidentin təsviri rəsmi səyahət sənədində yer almış olacaq.

Son xəbərlər
Son Xəbərlər