Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Yalama kəndi ərazisində qeydə alınıb.
“VAZ 21010” və “KİA” markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki sürücü, Xaçmaz rayon sakinləri - İsrafil Şahbaz oğlu Hidayətov və Orxan Rüfət oğlu Mirzəquliyev hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
***
Baş DYP İdarəsindən bildirilib ki, hadisəyə yağışlı havada təhlükəsizlik qaydalarının pozulması səbəb olub:
“Bu gün saat 09:00 radələrində Xudat-Yalama-Zuxuloba avtomobil yolunun Xaçmazın Düztahiroba kəndi ərazisindən keçən hissəsində İsrafil İdayətovun idarə etdiyi “VAZ 21104” markalı, 38 BF 945 nömrəli avtomobillə, əks istiqamətdə hərəkətdə olan, Orxan Mirzəquliyevin idarə etdiyi “KIA” markalı, 99 MB 070 nişanlı avtomobil toqquşub.
Xaçmaz rayon sakinləri olan hər iki sürücü hadisə yerində həyatlarını itirib. Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət yol Polisi İdarəsi yağışlı havada sürət həddinin düzgün seçilməməsi və manevretmə qaydalarının pozulması səbəbindən baş verməsi ehtimal olunan sözügedən hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları yayımlanan bu faktlara biganə qalmamağa, təhlükəsizlik qaydalarına, verilən tövsiyələrə riayət etməyə çağırır”.
Mübariz Muradov

Son xəbərlər
Son Xəbərlər