Bakıda boru partladı, küçəni su basdı - Video - Yenilənib

bakida-boru-partladi-kuceni-su-basdi
Oxunma sayı: 2622

Bakının Nəsimi rayonu ərazisində boru partlayıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baku.ws görüntülər yayıb.

Bildirilib ki, bu səbəbdən Cəlil Məmmədquluzadə və Salatın Əsgərova küçələrinin kəsişməsindəki yol sudan keçilməz vəziyyətə düşüb.

***

ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, müvafiq sukanal idarəsi su xəttində qəza baş verdiyi ilə bağlı məlumatlıdır: “Qazıntı işlərinin aparılması üçün müvafiq quruma müraciət olunub”.

Həmin görüntüləri təqdim edirik: