Azərbaycanda uşaq bağçası uçdu - Foto

azerbaycanda-usaq-bagcasi-ucdu
Oxunma sayı: 3029

Oğuz rayonunda körpələr evi-uşaq bağçasının binasında uçqun olub.  "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bu gün səhər saat 08 radələrində Təhsil Nazirliyinin Oğuz rayon Təhsil Şöbəsinin nəzdində olan  Calut kənd körpələr evi-uşaq bağçasının inzibati binasının arxa divarında uçqun baş verib.
 
Uçqun baş verən zaman ərazidə uşaqlar olmayıb.
 
Calut kənd bələdiyyəsindən verilən məlumata görə, bina ötən əsrin 60-cı illərində inşa edilib, 40 ildən çoxdur ki, binada körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. 
 
Bina son illər qəzalı vəziyyətə düşüb. Hadisə ilə bağlı müvafiq qurumlar məlumatlandırılıb.