Azərbaycanda vaksinasiyadan keçənlərin sayı yarım milyona çatır

azerbaycanda-vaksinasiyadan-kecenlerin-sayi-yarim-milyona-catir
Oxunma sayı: 1372

Azərbaycanda koronavirus vaksinasiyasından keçənlərin sayı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, dünən Azərbaycanda koronavirusa qarşı 20 min 121 nəfər vaksinasiya olunub.

Hazırkı dövrədək ölkəmizdə koronavirusa qarşı 487 min 561 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikanın bütün rayonlarında uğurla davam etdirilir.