Azərbaycanda vaxtı ötmüş kartların istifadə müddəti uzadılır

azerbaycanda-vaxti-otmus-kartlarin-istifade-muddeti-uzadilir
Oxunma sayı: 2323

Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin qərarına əsasən istifadə müddətləri başa çatmış bütün növ ödəniş kartlarının istifadə müddətləri bankın daxili strukturunun imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla ən azı bir ay uzadılacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyası bəyanat yayıb. Qeyd olunur ki, istifadə müddətinin uzadılması birtərəfli qaydada, yəni bank tərəfindən aparılacaq və vətəndaşların bunun üçün banka gəlməsinə ehtiyac olmayacaq.

Bu addım Nazirlər Kabinetinin yanında Operativ Qərargahın koronavirus infeksiyasının (COVİD-19) ölkədə yayılmasının qarşısının alınması məqsədilə apardığı tədbirlərə uyğun olaraq, bankların filial və şöbələrində vətəndaşlarla banklar arasında fiziki təmasın minimallaşdırılması məqsədilə atılıb.