Azərbaycandakı zəlzələ Qazaxıstanda da hiss edilib

azerbaycandaki-zelzele-qazaxistanda-da-hiss-edilib
Oxunma sayı: 1974

Xəzər dənizinin Azərbaycan sektorunda baş verən 5,6 maqnitudalı zəlzələ Qazaxıstanda da hiss edilib.

“Qafqazinfo” “Sputnik Kazakistan”a istinadən xəbər verir ki, Qazaxıstanın Aktau şəhərinin sakinləri yeraltı təkanları 3-4 bal gücündə hiss ediblər. 

Bildirilir ki, zəlzələnin episentri Almatı şəhərindən 2289 kilometr şimal-qərbdə Xəzər dənizində Azərbaycan ərazisində yerləşib.