Azərbaycandan olan marağa görə türk serialında dəyişiklik

azerbaycandan-olan-maraga-gore-turk-serialinda-deyisiklik
Oxunma sayı: 5642

TRT 1-in reytinqli serialı “Kalk Gidelim”in ssenarisində dəyişiklik edilib. “Qafqazinfo” xəbər verir ki,  sözügedən seriala Azərbaycanda maraq böyük olduğundan ekran işinə yeni obraz gətirilib.

Sonuncu dəfə “Güldür-Güldür” adlı TV layihəsində yer alan aktrisa Tuğce Karabayır azərbaycanlı Əhsən Ağazadə obrazını canlandıracaq.

O, ilk dəfə Azərbaycan ləhcəsində danışdığını, rolu üçün bir aydır Əməkdar artist Məlahət Abbasovadan dərs aldığını qeyd edib.