Azərbaycanı onlar təmsil edir... - Fotolar

azerbaycani-onlar-temsil-edir
Oxunma sayı: 9373

“Best Model of The World”da Azərbaycanı təmsil edəcək modellər bəlli olub.

Qafqazinfo” xəbər verir ki, Zəhra Qarxanova və Yusif Cəfərli birincilik uğrunda mübarizəyə qoşulacaq.

Bu haqda layihənin Azərbaycan üzrə direktoru Aqil Məmiyev məlumat yayıb.

Onun sözlərinə görə, modellər konkursa ciddi şəkildə hazırlaşırlar və yarışmanın dünya üzrə prezidenti Erkan Özərman tərəfindən yüksək qiymətləndiriliblər.

Xatırladaq ki, Y.Cəfərli “Best model of Azerbaijan”, “Mister Planet” yarışmaların qalibi olub.

Zəhra Qaraxanova isə “Best model of Azerbaijan”ın qalibi və “Miss and Mister Turkvision” 2016 gözəllik müsabiqəsinin münsifi olub.

Fotolar: Ratmir Şərifov