Azərbaycanın məşhur restoranında zəhərlənmə- - Yenilənib

azerbaycanin-meshur-restoraninda-zeherlenme-
Oxunma sayı: 2744


Bu barədə “Qafqazinfo”ya hadisə zamanı "paytaxt" salatından zəhərlənənlərdən biri-İlkin Həsənov məlumat verib. O bildirib ki, ötən gecə Niaqara restoranının “Şou” zalında mərasimdə olublar:

“Tədbirə qatılan 60 nəfərdən 15-16-sı zəhərlənib. Digər stollarla bağlı məlumatım yoxdur, ola bilsin ki, onlar da zəhərlənib”. 

***

Zəhərlənmə hadisəsi ilə bağlı “Niaqara” restoranın inzibatçısı Nizam Fərəcov “Qafqazinfo” ya açıqlama verib.

N. Fərəcov bildirib ki, heç bir zəhərlənmə hadisəsindən söhbət gedə bilməz: “Dünən restoranda çoxlu qonaqlar olub. Əgər belə bir şey olsaydı, onlar da zəhərlənərdilər. Kim deyir ki onlar paytaxt salatından zəhərləniblər? Bu diaqnozu kim qoyub? Həkim rəyini bizə təqdim etsinlər. Qaydaya görə zəhərlənmə dörd saat ərzində özünü büruzə verməlidir. Restoranda da birinci salatlar yeyilməyə başlayır. Əgər zəhərlənmə olsaydı, onlar restoranda olan vaxt bu hadisə baş verərdi, evə gedəndən sonra yox. İçəridə soyuq temperaturdur, çölə çıxıb içəri girərkən isti-soyuq ola bilər, oynayıb istinələnib soyuq ola bilər və. s kimi hallardan bu baş verə bilər. Amma zəhərlənmədən söhbət gedə bilməz”.

Günel