Müğənni Roza Zərgərlinin Aygün Kazımovanın Snoop Dogg ilə çəkdirdiyi klipi pornoqrafiya adlandırmasına xalq artisti münasibət bildirib.
“Qafqazinfo”nun məlumatına görə, həmkarının sözlərini gülərək qarşılayan Kazımova Zərgərlini “Şıntıramella” adlandırıb:
“İstanbuldayam. Yeni mahnılar üzərində işləyirəm. Hazırda musiqiçilərlə studiyadayam. Nə edim axı mən? Bu “Şıntıramellalar” məndən əl çəkmirlər”.
Qeyd edək ki, Roza Zərgərli Muz TV-ə açıqlamasında klipini erotik adlandıranlara iradını bildirmişdi:
“Mənim klipin erotik deyil. Mənim klipim erotikdirsə, Aygün Kazımovanın Snopp Doggla klipi pornoqrafiyadır. Orada Aygün ayağını Doggun üstünə aşırmışdı”.
Sözügedən hər iki klipi təqdim edirik:
Könül
Son xəbərlər
Son Xəbərlər