“Azərbaycanla bir-birimizi qorumağa davam edəcəyik”

azerbaycanla-bir-birimizi-qorumaga-davam-edeceyik
Oxunma sayı: 950

“Azərbaycanla bir millət, iki dövlətik. Bizim taleyimiz, dinimiz, dilimiz birdir”.

“Qafqazifo” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT Haber”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə əlaqələri çox fərqli mərhələyə qədəm qoyub.

“Azərbaycanla bir-birimizi qorumağa, bütün sahələrdə ikitərəfli əlaqələrimizi artırmağa davam edəcəyik. Azərbaycanlı qardaşlarımız bizim olmadığımız yerlərdə Türkiyənin haqqını müdafiə edib”, - deyə Çavuşoğlu söyləyib.