Azərbaycanlı aktrisa komaya düşdü- - İki barmağı kəsildi+Yenilənib

azerbaycanli-aktrisa-komaya-dusdu-
Oxunma sayı: 4530


“Qafqazinfo” xəbər verir ki, aktrisanın qızı, eyni teatrın aktrisası Təhminə Məmmədovanın lent.az-a verdiyi məlumata görə, anası koma vəziyyətindədir: “Anam şəkər xəstəsidir. Hazırda xəstəxanada ağır vəziyyətdədir. Onun iki barmağı kəsilib. Ayağına keçmək üzrədir. Biz heç bilmirik, o, sağ qalacaq, yoxsa yox”.

T.Məmmədova qeyd edir ki, həkimlər bütün cəhdlərlə anasının səhhətini düzəltməyə çalışır: “Sağ olsun həkimlərimiz, anamı müalicə etmək istəyirlər. Ancaq şəkər çox pis xəstəlikdir. Anam iki dəfə əməliyyat olunub. İndi vəziyyəti elədir ki, həkimlər heç əməliyyata da icazə vermirlər. Anam istəmir ki, kimsə onu bu vəziyyətdə görsün. O, insanların yaddaşında olduğu kimi qalmaq istəyir, bu vəziyyət yox. Biz yenə də Allaha dua edirik”. 

***

“Əməkdar artist Kübra Dadaşovanın komaya düşməsi haqqında yayılan məlumat doğru deyil, onun səhhəti hazırda normaldır”.

Bunu APA-ya açıqlamasında Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mirsaquliyeva deyib.

Onun sözlərinə görə, Kübra Dadaşova uzun müddətdir, şəkər xəstəliyindən əziyyət çəkir: “Aktrisa bir müddət əvvəl Leyla Şıxlinskaya adına klinikada əməliyyat olunub, hazırda dövlət xəstəxanalarından birində müalicəsini təmənnasız olaraq davam etdirir. Onun səhhətinin kəskin pisləşməsi, komaya düşməsi barədə məlumat doğru deyil. Teatrın rəhbərliyi başda olmaqla, kollektiv nümayəndələri və aktrisanın həmkarları mütəmadi olaraq ona baş çəkərək dəstək olurlar. Gənc Tamaşaçılar Teatrının aktrisası Təhminə Məmmədovanın əməkdar artist Kübra Dadaşovanın qızı kimi təqdim olunması da doğru deyil. Gənc aktrisa Təhminə Məmmədova Kübra Dadaşovanın qızı yox, yaxın rəfiqəsi və həmkarıdır”.

Qeyd edək ki, Təhminə Məmmədova bu gün mətbuata verdiyi açıqlamasında bildirib ki, K. Dadaşova komaya düşüb.