“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 87 yaşlı D.Süleymanovun ürək damarlarındakı tıxanıqlıq problemi bu ölkədə həll edilib. Belə ki, o, türkiyəli həkimlər tərəfindən əməliyyat olunub.
D.Süleymanovu əməliyyat etmiş professor Erkan Kuralay bunları deyib: “Süleymanov xəstəxanamıza gələndə sinəsində şiddətli ağrılar var idi, onda tez-tez nəfəs darlığı da olurdu. Əməliyyat edərək xəstəmizin tıxanıqlı olan 3 damarını dəyişdik”.
Qeyd edək ki, hazırda 87 yaşlı D.Süleymanovun sağlıq durumu əladır və o, artıq xəstəxanadan çıxıb.
Son xəbərlər
Son Xəbərlər