Azərbaycanlı jurnalist yolda yıxılaraq öldü - Foto

azerbaycanli-jurnalist-yolda-yixilaraq-oldu
Oxunma sayı: 6573

Bakıda küçədə ölüm hadisəsi baş verib.

“Qafqazinfo” nun report-a istinadən məlumatına görə, günorta saatlarında metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında ortayaşlı kişi qəfildən huşunu itirərək yıxılıb.

Həmin şəxsin jurnalist Sabir Mustafayev olduğu məlum olub. O, "Respublika" qəzetinin əməkdaşı imiş. Altmış yaşlı S.Mustafayevin Cəlilabad rayonunda doğulub.

Hadisə yerinə "Respublika" qəzetinin redaktoru da gəlib. Mərhumun meyiti morqa aparılıb.