Azərbaycanlı qrup yarımfinala vəsiqə qazandı- - "Yetenek sizsiniz Türkiyə"də

azerbaycanli-qrup-yarimfinala-vesiqe-qazandi-
Oxunma sayı: 1944


“Çəkilişlər İzmir şəhərində keçirildi. 2-ci turun şərtlərinə görə yarımfinal mərhələsinə keçən iştirakçını tamaşaçı zalı səsvermə yolu ilə müəyyən edirdi. Bu səfər qrupumuz 6 rəqqas və 2 musiqiçi ilə xüsusi nömrə hazırlamışdı. Milli alətlərlə canlı müşayəti ilə “hip-hop” rəqslərin sintezi həm münsiflər heyəti, həm də tamaşaçıları heyrətləndirdi. Layihənin rəhbəri Acun İllacalı qrupun rəqsini 2-ci tur üçün daha yaxşı olduğunu və daha yuxarı tura layiq olduğunu qeyd etdi. Alp isə bu yarışmanın tarixi boyu hələ belə rəqs qrupu görmədiyini bildirdi. Bütün bunlar həqiqətən bir uğurdur və bizi sevindirməyə bilməzdi. Sonda tamaşaçıların səsverməsi ilə qrupumuz həftə birincisi oldu və yarımfinala vəsiqə qazandı”.

Xatırladaq ki, “Crazy Eyes” rəqs qrupunun bu uğurunu televiziya tamaşaçıları yanvarın 18-i yerli vaxtla 22:00-da Türkiyənin “Star” telekanalının “Yetenek sizsiniz” verilişində izləyə biləcəklər.