Ötən gün Rusiyada azərbaycanlıların avtomobil qəzasına düşdüyü haqda məlumat vermişdik.
“Qafqazinfo” həmin qəzanın video görüntüsünü əldə edib. Videodan görünür ki, Lada Priora maşını solun kənarındakı təpədən yuvarlanaraq magistrala düşür.
Hadisə zamanı 4 nəfərin olduğu avtomobili Zamiq Xəlilov idarə edib. Qəzaya düşənlərin 4-ü də Lənkəran şəhərindəndir. Qəza zamanı Xəlilov Ramin vəfat edib. Əbilov Bəxtiyar, Xəlilov Zamiq və Salayev Mais isə ağır xəsarət alıblar. Sözügedən 3 həmyerlimiz hazırda reanimasiyadadır.

Son xəbərlər
Son Xəbərlər