“BabyLand” uşaq bağçası Zəfər Gününə həsr olunmuş tədbir keçirib

babyland-usaq-bagcasi-zefer-gunune-hesr-olunmus-tedbir-kecirib
Oxunma sayı: 4993

“BabyLand” uşaq bağçasının Səbayıl filialında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş xüsusi tədbir keçirilib. Tədbir bağçanın peşəkar müəllim heyəti tərəfindən qurulmuş proqram əsasında bağça uşaqlarının və valideynlərin iştirakı ilə baş tutub.

Tədbirin açılışında çıxış edən bağçanın direktoru Elza Heydərova valideynləri və bütün xalqımızı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. Elza Heydərova qeyd edib ki, biz bu qələbəyə məhz Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident  İlham Əliyevin rəhbərliyi altında, şəhidlərimizin, qazilərimizin müqəddəs qanı və canı bahasına, o cümlədən bütün Azərbaycan Xalqının həmrəyliyi sayəsində nail olduq. 8 Noyabr xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Bu gün xalqımız öz tarixinin şanlı və qürurverici səhifələrindən birini yaşayır. Bu zəfər sevincini bizə bəxş edən Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna sonsuz təşəkkürümü bildirirəm. Şəhid olmuş övladlarımıza Allahdan rəhmət və analarına səbr diləyirəm”.

Tədbirdə iştirakçılar Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra, tədbir iştirakçıları müharibə dövründə çəkilmiş videoçarxlara izləməklə bir daha ötən ilin hadisələrini xatırlanıb.

Bayram tədbiri pedaqoji heyət tərəfindən xüsusi olaraq qurulmuş proqram çərçivəsində uşaqların çıxışları ilə davam etdi. Valideynlərə uşaqların səhnəyə çıxaraq vətənpərvər ruhda oxunan şeirləri, mahnıları və  rəqsləri nümayiş olunub.

Tədbir “BabyLand” bağçasının işçi heyətindən olan müharibə iştirakçıları ilə birgə “Zəfər” tortunun kəsilməsi ilə başa çatıb