Bağırsağa dağıdıcı təsir göstərən məhsullar açıqlandı

Bağırsağa dağıdıcı təsir göstərən məhsullar açıqlandı
Oxunma sayı: 4040

Alman qastroenteroloqu Tomas Frilinq bağırsağa dağıdıcı təsir göstərən məhsulları açıqlayıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “MedikForum” yazıb.

Həkimin sözlərinə görə, əgər insan uzun müddət düzgün qidalanmırsa, bu, müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır – bağırsaq iltihabından qaraciyər serrozunadək və hətta kolorektal və düz bağırsaq xərçənginə.

Bağırsağa əsas zərəri adi və rafinə edilmiş qənd, un məmulatları, şokolad və marmelad vurur. Həmçinin, Frilinq ət basdırması və hisə verilmiş kolbasa məhsullarının da qəbulunu azaltmağı tövsiyə edib. Lakin, bu məhsulları həftədə bir dəfə yedikdə, onlar orqanizm üçün o qədər də zərərli olmur. Amma əgər insan meteorizm (bağırsaqlarda şişkinlik), qarın ağrılarından şikayətlənirsə, onun üçün ən yaxşısı bu məhsullardan imtina etməkdir.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi