Bağlanan bankdakı əmanətlərə görə kompensasiyalar ödəniləcək

baglanan-bankdaki-emanetlere-gore-kompensasiyalar-odenilecek
Oxunma sayı: 655

Hazırda MBNP tərəfindən ləğvetmə prosesində olan “Yunayted Kredit Bank” ASC-nin dəyişməsi və ƏSF-nin ləğvedici təyin edilməsinə dair prosedurlara başlanılıb.

"Qafqazinfo"ya palatadan daxil olan məlumata görə, məhkəmə prosesi davam etdiyi dövrdə bankda hər hansı uçot qeydləri və əməliyyatlar aparılmadığına görə MBNP tərəfindən son maliyyə hesabatlarının inventarizasiyasına başlanılıb. Habelə, ƏSF ilə birlikdə kreditorların reyestrinin dəqiqləşdirilməsi aparılır. Bu prosesin cari ilin 14 aprel tarixinə qədər bitməsi planlaşdırılır. Əmanətçilərin reyestr məlumatları dəqiqləşdirildikdən sonra onlara qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanılacaq. ƏSF bu barədə ictimaiyyəti əlavə olaraq məlumatlandıracaq.