Bakı aeroportunda 70 yaşlı qadın vəfat etdi

baki-aeroportunda-70-yasli-qadin-vefat-etdi
Oxunma sayı: 3008

Dünən saat 15 radələrində Bakı hava limanında ölüm hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, Beynəlxalq Hava Limanında Şərur rayon sakini 1955-ci il təvəllüdlü Quşvər Hüseyn qızı Cəfərova dünyasını dəyişib.

Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.