Bakı Avrasiya Kolleci də Fonda pul köçürdü

baki-avrasiya-kolleci-de-fonda-pul-kocurdu
Oxunma sayı: 2729

Bakı Avrasiya Kolleci Prezident İlham Əliyevin Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürülməsi təşəbbüsünə qoşulub.

"Qafqazinfo" xəbər verir ki, bu məqsədlə kollecin rəhbərliyinin virtual olaraq növbədənkənar pedoqoji şurasının iclası keçirilib və adıçəkilən fonda 5 min manat ianə edilməsi ilə bağlı qərar qəbul olunub.

Eyni zamanda fürsətdən istifadə edən kollec rəhbərliyi tələbə kontingentinə də müraciət ediblər. Onları koronavirusla mübarizədə aktiv olmağa, ölkəmizin bu çətin sığdan alnı açıq çıxması üçün sosial izolyasiya şəraitinin tələblərinə uyğun davranmağa səsləyərək, özlərini və ətrafdakı insanları qorumaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına və gigiyenik qaydalara ciddi riayət etməyə, yaşlı insanların qayğısına qalmağa səsləyiblər.