Bakı bir gündür ki, qaranlığa qərq olub...

baki-bir-gundur-ki-qaranliga-qerq-olub
Oxunma sayı: 6851


“Qafqazinfo” xəbər verir ki, bunu APA-ya açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

 T. Mustafayev qeyd edib ki, güclü külək, çovğunla əlaqədar hava veriliş xətlərində problemlər olub.

Mətbuat xidməti rəhbəri qeyd edib ki, artıq Bilgəh, Maştağa, Zabrat, Nardaran kəndlərində enerji verilişi tam bərpa edilib: “Sulutəpə, Xocahəsən, Binəqədi, Hovsan kəndlərinin də bəzilərində enerji verilişi bərpa olunub, bəzi yerlərdə isə əməkdaşlarımız xətləri bərpa etməklə məşğuldurlar”.

Qeyd edək ki, bu gün Bakıda hava şəraiti kəskin dəyişib. Günün ikinci yarısı güclü küləklə müşayiət olunan qar yağışı başlayıb.

Hava şəraitinin dəyişməsindən sonra Bakıda və ətraf kəndlərdə enerji verilişində müəyyən fasilələr yaranıb.

***

Çoxsaylı oxucular “Qafqazinfo”ya müraciət edərək bildiriblər ki, dünəndən Bakının bir çox hissəsində eneji verilişi dayandırılıb və indiyə qədər hələ də bərpa olunmayıb.