“Bakı Metropoliteni”ndə yeni təyinatlar - Yenilənib

baki-metropoliteninde-yeni-teyinatlar
Oxunma sayı: 3007

“Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Azad Mustafayev vəzifəsindən azad edilib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, onun yerinə Namiq Yusubov qurumun baş mühəndisi təyin olunub.

Qeyd edək ki, N.Yusubov bundan öncə metropolitendə İstehsalat texniki şöbəsinin rəisi vəzifəsini tutub.

A.Mustafayev isə 2019-cu ildə “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Zaur Hüseynovun Əmri ilə qurumda istismar üzrə baş mühəndisin müavini kimi fəaliyyətə başlayıb. 2023-cü ildə isə QSC-nin istismar üzrə baş mühəndisi təyin edilib.

***

“Qaynarinfo”nun məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. 

Müvafiq əmrlə Emil Əhmədov sözügedən vəzifəyə gətirilib.

Qeyd edək ki, Emil Əhmədov bundan əvvəl “Bakı Metropoliteni” QSC sədirinin müşaviri idi. O, daha əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Yük daşımaları departamentinin rəhbəri olub.

Fotoda: Emil Əhmədov