Bakı-Moskva təyyarəsi Domodedovo hava limanına yola düşdü - Yenilənib

baki-moskva-teyyaresi-domodedovo-hava-limanina-yola-dusdu
Oxunma sayı: 5309

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Moskva (Domodedovo hava limanı) marşrutu üzrə J2 181 reysini yerinə yetirən təyyarəsi hava limanının bağlı olması ilə əlaqədar Şeremetyevo aeroportuna enib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 12:15-də Şeremetyevo hava limanına uğurla eniş edib.

Domodedovo aeroportunun bağlanmasına təhlükəsizlik tədbirləri səbəb olub.

Əlavə suallar yarandıqda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

***

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti yeni məlumat yayıb.

Bildirilib ki, “Domodedovo” hava limanının müvəqqəti bağlanması ilə əlaqədar Şeremetyevoda enən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Domodedovo aeroportuna yola düşüb və Bakı vaxtı ilə saat 16:13-də orada eniş edib.