“Bakı Moskvanı beynəlxalq məhkəməyə versə, rəsmi hökmləri gözləyəcəyik”

baki-moskvani-beynelxalq-mehkemeye-verse-resmi-hokmleri-gozleyeceyik
Oxunma sayı: 4791

“Faktla bağlı istintaq hərəkətləri aparılır, araşdırma gedir. Əgər Azərbaycan Aktau yaxınlığında təyyarə qəzası ilə bağlı Rusiya Federasiyasına qarşı beynəlxalq məhkəmə instansiyalarında iddia qaldırsa, Moskva rəsmi hökmləri gözləyəcək”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə söyləyib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 19-u Xankəndidə III Şuşa Qlobal Media Forumunda bildirib ki, Azərbaycan AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsi ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət edəcək və Rusiya tərəfi artıq bununla bağlı məlumatlandırılıb.