Bakıda 14 yaşlı qızı zorladılar

bakida-14-yasli-qizi-zorladilar
Oxunma sayı: 4984


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1999-cu il təvəllüdlü K.İ bu ilin yanvar ayında zorlandığı haqda martın 5-də Polis İdarəsinə müraciət edib. O, ifadəsində onu zorlayan şəxsi tanıdığını bildirib və adını açıqlayıb.

Aparılan əməliyyat tədbirləri nəticəsində 14 yaşlı qızı zorlamaqda ittiham olunan Abşeron rayon sakini 1986-cı il təvəllüdlü İ.M saxlanılıb. 

Nəsimi rayon Polis İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, həmin şəxs ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Araşdırma aparılır.

Murad Əhməd